File:Tabriz cable bridge.jpghttp://upload.wikimedia.org/wikipedia/commons/c/c5/Shahgholi01.jpg

 

Tabriz (Azerbaijani/Persian تبریز) (About this sound pronunciation ) is the fourth largest city and one of the historical capitals of Iran and the capital of East Azerbaijan Province. Situated at an altitude of 1,350 meters at the junction of the Quru River and Aji River, it was the second largest city in Iran until the late 1960s, one of its former capitals, and residence of the crown prince under the Qajar dynasty. The city has proven extremely influential in the country’s recent history. Tabriz is located in a valley to the north of the long ridge of the volcanic cone of Sahand, south of the Eynali mountain. The valley opens out into a plain that slopes gently down to the northern end of Lake Urmia, 60 km to the west. With cold winters and temperate summers the city is considered a summer resort.

The estimated population of the city is around 1,400,000based on results of the Iranian census bureau. Tabriz is the fourth most populous city in Iran after Tehran, Mashhad, and Esfahan, and is also a major Iranian heavy industrial and manufacturing center. Some of these industries include automobile, machine tools, oil and petrochemical and cement production.

With a rich history, Tabriz contains many historical monuments, but repeated devastating earthquakes and several invasions during frequent wars have substantially damaged many of them. Many monuments in the city date back to the Ilkhanid, Safavid, and Qajar periods, with the large Tabriz Historic Bazaar Complex being named as a World Heritage Site in 2010. In addition to all of this there is an excavation site and museum in the city center with a history that dates back to 2500 years.

 

 

برای خواندن مقاله به زبان آذری ادامه مطلب را کلیک کنید

Tabriz Haqinda Azeri metlebleri Oxumaq ocun klik ediz


http://upload.wikimedia.org/wikipedia/commons/2/29/Panomara_of_Tabriz.jpg

Təbriz şəhəri

Təbriz (fars. تبریز‎) — İranın dördüncü böyük şəhəri, Şərqi Azərbaycan ostanının inzibati mərkəzi. Təbriz şəhəri Azərbaycanlılarının mənəvi paytaxtı hesab olunur.

Əhalisi 1.398.060 nəfərdir.. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhər Eynəli dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda yerləşir.

Tarixi

Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə şöhrət qazanmışdır.Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqaz, İberiyaQafqaz Albaniyasından Cənuba doğru – BeynəlnəhreynHindistana gedən ticarət yolları bu şəhərdən keçib getmişdir.

Qərbdən uzanan ticarət yolları da Kiçik Asiyanı keçərək Təbriz şəhərində Beynəlnəhreyn və Hindistandan gələn yollarla birləşmişdir. Beləliklə Təbriz şəhərinin inkişaf etməsinə təsir göstərən mühüm amillərdən biri ticarət yolları olmuşdur.

Hələ Manna dövləti dövründə bu şəhər mühüm mərkəzlərdən biri olmuşdur. Assur mixi yazılarında şəhərin adı Tavreş kimi çəkilir və burada nəhəng qalanın olması qeyd edilir. Təbriz şəhəri Polibi, DiodorPtolomeyə görə Ovront dağının (Səhənd)ətəyində yerləşir.

Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal və yaxud Surxab yüksəkliyinin Cənubunda yerləşir. Bu ovalığın səviyyəsi Urmiya gölünün Şimal-Şərq bucağına tərəf getdikcə azalır. Eynal-Zeynal yüksəkliyi dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşməklə bərabər, şəhərin Şimal-Qərbindən başlayaraq Qaradağ silsiləsini Səhənd dağı ilə birləşdirir.

Şəhərin Cənubunda dəniz səviyyəsindən 3547 m hündürlüyə malik olub, zirvəsi daim qarla örtülü olan Səhənd dağı ilə şəhər arasında təxminən 50 km məsafə var. Bu dağ qədim Assur mənblərində Uauş dağı adlandırılır.Dağın şimalında və şəhərin cənubunda yerləşən Yanıq adlanan təpələr, dəniz səviyyəsindən 500-600 m hündürdə yerləşir. Şərq tərəfdən şəhəri çox yüksək olmayan Sarı dağ (farslar bu dağı Zərdüguh adlandırır) əhatə edir. Şəhərin ərazisi dəniz səviyyəsindən 1350-1500 mm-ə qədər yeksəklikdə yerləşir. Beləliklə Təbriz şəhərinin ətrafında olan dağlar onu üzük qaşı kimi əhatə etmişdir.

Şəhər və onun ətrafının əlverişli təbii-coğrafi şəraiti, orada insan məskənlərinin hələ qədim dövrlərdən yaranmasına səbəb olmuşdur. Təbriz şəhəri və onun ətrafında olan əkin sahələri, habelə bağlar su ehtiyyatı az olan kiçik dağ çayları və arxlar vasitəsiylə suvarılır.

Lakin elə çaylar da vardır ki, onlardan yalnız ilin müəyyən dövrlərində istifadə etmək olur. Qalan dövrlərdə isə suyun tərkibində duz məhlulları çox olduğundan suvarılma işi çətinləşir. Belə çaylardan biri də Acıçay çayıdır. Bu çay Savalan dağının Şərq ətəklərindən başlanğıcını alaraq, Sərab mahalını suvardıqdan sonra Xanımrud mahalında İskəndərçayla birləşir və Təbriz şəhərinin Şimalından keçir. Acıçay Mayan, Axola, Baranlı, Satınlı və Şora kəndlərinin ərazisindən keçərək Urmiya gölünə tökülür.

Orta əsr müəllifi Həmdullah Qəzviniyə görə vaxtilə Təbriz şəhərinin ətrafında 600-ə qədər kəhriz mövcud olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanda kəhriz suvarma sisteminin tarixi çox qədimdir.

Təbriz ərazisi kontinental əraziyə malikdir. Burada qışda tempratur -28, yayda isə +25/30 dərəcə olur.

Təbrizdə ən güclü zəlzələ 8581042-ci illərdə baş vermiş və şəhəri yerlə-yeksan etmişdir. Mənbələrin verdiyi məlumta görə Təbrizdə 858-ci ildə baş vermiş zəlzələ nəticəsində şəhərdə 40 min nəfər adam həlak olmuşdur. Təbrizdə yerin xəfif tərpənməsini həmişə hiss etmək mümkündür. Bəzi alimlərə görə yerin belə tərpənməsinə səbəb vaxtilə Səhənd dağının vulkanik olmasıdır. Lakin Xanıkov bunu yer təbəqələrinin dəyişməsi ilə sübut etməyə çalışır.

Azərbaycanın təbii və coğrafi şəraitinin əlverişli olması bu ərazidə yaşayan əhalinin yaşaması üçün qədim zamanlardan gözəl imkan yaratmışdır.

Müasir Təbriz, MərəndXoy şəhərlərinin yerləşdiyi ərazi Manna dövründə Sanqbitu adlanırdı. Bu ərazi Urmiya gölünün Şimal və Şimal-Qərb ərazisini əhatə edirdi. Xəzər dənizi ilə Urmiya gölü arasndakı ərazi – Təbriz və Miyanə rayonları Zikirtu adlanırdı. Sanqbitu və Zikirtu rayonları öz dövrlərinə görə inkişaf etmiş rayonlar idi. Bunu arxeoloji qazıntılar və yazılı məlumatlar da təsdiqləyir. Belə ki, Assur hökmdarı II Sarqonun Urartu dövlətinə yürüşü zamanı bu ərazi onun ordusunu un və şərabla, habelə yük və minik heyvanı ilə təmin etmişdi.

Bu ərazidə əkinçilik və maldarlıqla yanaşı sənətkarlq da inkişaf etmişdi. Ziviyə, HəsənliYanıqtəpədən əldə edilən arxeoloji materiallar bu ərazidə sənətkarlığı yüksək inkişaf etdiyini göstərir.

Təbriz şəhərinin tarixinin öyrənilməsi üçün Assur hömdarı II Sarqonun (e.ə. 722-701) eramızdan əvvəl 714-cü ildə Manna ərazisinə soyğunçu hücumunun və onun bu hücum haqqında verdiyi məlumatların böyük əhəmiyyəti vardır. Bu hücum zamanı yazılmış II Sarqonun kitabəsi, Manna və habelə Təbriz şəhərinin tarixinin öyrənilməsinə dair ən qiymətli sənəddir. Həmin kitabədə deyilir: "Tarmakisdə əhəmiyyətli istehkamlar vardır. Burada yaradılan səddlər möhkəmdir. Həmin səddlər böyük xəndəklər vasitəsi ilə dövrəyə alınmışdır. Dövlət qoşunlarının əlavə qüvvəsi də burada saxlanılır. Eyni zamanda onların atları da burada bəslənilir. Ətraf rayonların əhalisi mənim qorxumdan buraya toplanmışdı. Mən bura hücum edən zaman əhali buranı tərk edərək susuz çöllərə qaçmağa məcbur oldu (susuz çöl dedikdə Muğan nəzərdə tutulur). Mən bu mahalı ələ keçirdim. Müdafiə istehkamı halına salınmış yaşayış yerləri arasında döyüşlərə başladım. Daxildə olan yaşayış yerlərinə od vurdum, qala sakinlərinin külli miqdarda olan ərzaqlarını yandırıb məhv etdim. Bundan başqa həmin qala ətrafında olan 30 kəndi də yandırdım."

Tədqiqatçılar II Sarqonun kitabəsində qeyd edilən Tarmakis şəhərinin Təbriz olmasına şübhə etmirlər. Digər tərəfdən həmin kitabədə qeyd olunan Uşkaya qalasının müasir Üsküyə toponimi ilə bir mənşəli olması da diqqəti cəlb edən faktlardandır. Beləliklə II Sarqonun kitabəsi Təbrizin qədim dövr tarixi üzrə hələlik aşkar olunmuş yeganə mənbədir.

Lakin İran tarixçiləri şəhəri xeyli gəncləşdirərək onun orta əsrlərdə Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin hakimiyyəti dövründə inşa edildiyini yazırlar. V.F.Minorski qədim erməni dilli mənbələrə istinad edərək Təbrizin Abbasilərin hakimiyyətindən çox-çox əvvəl yarandığını qeyd edir.

İran tarixçilərindən Məhəmmədhəsən xan Zinət "Zinət əl məcalis" və "Təqvime buldan " adlı əsərlərinə istinad edərək Təbrizin Azərbaycanın böyük şəhərlərindən biri olduğunu və xalq arasında Toriz adı ilə məşhur olduğunu göstərir. Onun fikrincə qədim müəlliflər Azərbaycanın paytaxtının Kanza və yaxud Kanzak (Gəncək, Qazaka) olduğunu qeyd etmişlər. Qədim müəlliflər Təbriz şəhərini həm də Şahıstan adlandırırlar. Şahıstan iberdilli xalqlarda möhkəm, erməni dilində isə xəzinə deməkdir. Azərbaycanın qədim hökmdarları, sonra isə Sasani şahları öz xəzinələrini bu şəhərdə saxlayırmışlar.

Erkən orta əsr erməni dilli mənbələrdə Təbriz şəhəri həm də Davrij adlandırılır. Bu sözün mənası qrabarca (qədim erməni dili) qisasçı deməkdir. Erməni dilli mənbələrdə göstərilir ki, Arşakilər sülaləsindən olan Ərdəvan Ermənistan hökmdarı Böyük Xosrov ilə bir nəsildən (Ermənistan, Qafqaz AlbaniyasıAtropatenada Arşakilər sülaləsinin kiçik qolları hakimiyyətdə olmuşlar.Böyük Xosrov da Ermənistanı idarə edən Arşaki əsilli hökmdardır.Tarixşünaslıqda Arşakilərin türk və parf mənşəli olması haqqında fikirlər var. Ayrıca parfların da türk mənşəli olması haqqında təkzibedilməz faktlar var.) və dost olduğuna görə biri digərinin müttəfiqi imiş. Sasani sülaləsinin banisi Ərdəşir əvvəl Ərdəvanın vəziri imiş. Lakin çox keçmədən o, Ərdəvana xəyanət edib onu öldürmüş, taxt-taca özü sahib olmuşdur. Bu xəbəri eşidən Ərdəvanın dostu və müttəfiqi Böyük Xosrov Ərdəşirdən qisas almaq üçün onunla on il müharibə etmişdir. Bu müharibədə bəzi hallarda Ərdəşirin üstün gəlməsinə baxmayaraq nəticədə Böyük Xosrov onu məğlub edərək Hindistana qədər qovmuşdur. Bu hadisədən sonra Böyük Xosrov eramızın 253-cü ilində Azərbaycanda bir şəhər salaraq onun adını Davrij qoymuşdur. Hər halda bu məlumat yarıməfsanəvi olsa da hələ Sasanilər dövründə Təbrizin bir şəhər kimi varlığını göstərir.

Orta əsr müəlliflərndən Yaqut HəməviHəmdullah Mustofi Qəzvini Təbriz şəhərinin əsasının qoyulması tarixini Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin bacısı Zübeydə xatunun adı ilə əlaqələndirirlər. Zübeydə xatun isitmə xəstəliyinə tutulmuş, guya Təbrizə gəldikdən sonra sağalmış və bununla əlaqədar olaraq o, bu yerdə şəhər salmaq əmrini vermişdir. "Təb" fars dilində isitmə, "riz" isə rixtən felindən olub tökmək deməkdir. Deməli, fars müəlliflərinin iddialarına görə Təbrizin lüğəti mənası isitməni müalicə edən deməkdir. Lakin bütün tarixi faktlar birmənalı şəkildə bu fikri rədd edir. Ən azından Təbriz bu sözün ilkin forması deyil.

Qeyd edək ki, Təbriz şəhəri yaxınlığında qazılmış qədim kəhriz indi də Zübeydə kəhrizi adlanır. Ola nilsin ki, Zübeydə xatunun əmri ilə bu şəhərdə bir sıra binalar tikilmiş və abadlıq işləri aparılmışdır və orta əsr müəllifləri də Təbrizin Zübeydə xatunun əmri ilə bina edilməsini qeyd edərkən qədim şəhərin bərpa edilməsini nəzərdə tutmuşlar. Lakin İran tarixçiləri əzəmətli şəhərin tarixini saxtalaşdırmaq üçün mənbələrin yalnış şərhindən istifadə etmişlər.

Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olmuşdur. Hazırda Təbriz yaxınlığında Allahu-əkbər dağı üstündə (Baba dağı yaxınlığında) möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları saxlanlır. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur.

Mənbələr və arxeoloji faktlar göstərir ki, Təbriz bir şəhər kimi heç də İran tarixçilərinin iddia etdiyi kimi orta əsrlərdə yox, eramızdan əvvəl birinci minillikdən etibarən yaşayış məntəqəsi kimi formalaşmışdır və bu şəhər haqqında ilk dəfə məlumat verən mənbələr qədim Assur mənbələridir. Bu mənbələrdə şəhərin adı Tarui və ya Tarmakis kimi qeyd edilir.

Şəhərin adı barədə mütəxəssislər yekdil qərara gələ bilməmişlər. Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu ikiqat qala müasir Təbriz şəhərinin yerində olmuşdur. E.A.Qrantovskiyə görə müasir Təbriz sözünün tələffüzü özü-özlüyündə müəyyənləşdirir ki, bu ad göstərilən Tarui sözündən əmələ gəlmişdir.

Daha sonralar Qacar sülaləsi dövründə İran vəliəhdinin qərargah şəhəri, 1905-1906 illərdə isə İran Konstitusiya İnqilabının mərkəzi olmuşdur.

  Mədəniyyəti

  Dil

Şəhərdə danışılan dil Azərbaycan dili (Azərbaycan türkcəsi)dir.  .

  Xalçaçılıq

Təbriz orta əsrlərdən günümüzə qədər xalçaçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır. Xalçaçılıqda Təbriz məktəbi məşhurdur. Bu günlərdə Təbriz xalçası dünya bazarlarında çox istənilənlərdəndir və Avropadan ABŞ-a kimi çox sayda müştəriləri vardır. Modern Təbriz xalçaları çeşidli dizayn və boyalarda olur.

 Yemək və şirnilər

Təbriz küftəsi bir özəl yeməkdir ki Təbrizdə bişirilir. Restoranların bəzisində ancaq Təbriz küftəsi təklif edirlər.

 Birincilər İranda

İlk dəfə olaraq İranda Təbriz şəhərində birinci çap evi, birinci asfalt olunan xiyaban, birinci telefon, birinci yeni məktəb və ... qurulubdur. Bunun üçün İranda Təbrizə birincilər şəhəri deyilir. Bu barədə Səməd Sərdariniya bir kitab Fars dilində yazib تبریز شهر اولین ها (Təbriz-şəhre-əvvəlinha , Təbriz birincilər şəhəri).

  • Çap və çap evi

Birinci çap evi, Ərəb əlifbasıla, Mirzə Zeynəlabidin Təbrizi vasitəsile, 1233 hicri qəməri ilində, Təbrizdə qurulub. Birinci kitab ki bu çap evinde çap olunub Mirza İsa xan Qaimməqamın Cəhadiyyə risaləsidir. Bu çap evi 1245 hicri qəməri ilində bağlandı. O zamanlar çap kələməsi işlənmirdi və oraya Basmaxana, mətbəə, daroltəb və daroltebae diyərdilər .

  • Kitabxana

Tərbiyət kitabxanası İranın birinci umumi kitabxanasıdır ki 1300 günəş ilində Məhəmmədəli Tərbiyət vasitəsilə Təbrizdə qurulub. Bu kitabxana evvəlcə "Məarif umumi kitabxna və qəratxana" adlanmışdı ama sonralar onu yaradanın ehtiramına Tərbiyət adı verildi. 1335 günəş ilində Təbrizin milli kitabxanası quruldu və inqilabdan sonra Tərbiyət kitabxanasının xətti nüsxələri oraya aparıldı. Rəb rəşidi vəqfnaməsi ki İranın birinci səbt olunmuş əsəridir bu kitabxanada saxlanılır.

  • Kinoteatrları

İranın birinci umumi sinemasi Təbriz şəhərində qurulub, 1279 günəş ilində Fransalılar tərəfindən onların kilisalarının yanında qurulub. 4 il sonra Tehranda birinci umumi sinema salonu mirza İbrahım xan səhhaf başı vasitəsilə quruldu.

  • Təhsil

İranın birinci yeni məktəbi Mirzə Həsən Rüşdiyyə vasitəsilə Təbrizin Şeşgilan məhəlləsinde qurulub. Mirzə Həsən Rüşdiyyə cəvanlığında Beyruta gedib orda mədrəsələrdə dərs vermək yollarını araşdırıb sonra İstanbula getdi. Sonra Misrə gedib, Təbrizə qayıdandan sonra bir yeni mədrəsə qurdu. Memoriyal mədrəsəsidə Təbrizin qədim mədrəsələrindənidi ki AMrilalılar tərəfindən idarə olunurdu. 

  • Yeni ədəbiyyat

Mirzə Əbdulrəhim Nəccarzadə Təbrizi, (Mirzə Əbdürrəhim Talıbov) yeni inşa ya ədəbiyyat başlayanı tanılır. O zamanının ağır kələmələrini qırağa qoymağınan sadə kələmələr işlətməğə başladı ədəbiyyatda. Mirzə Fətəli Axundov numayiş yazmağın atasıdır İranda. Mirzə Ağa Təbrizi de birinci kəsdir li farsca numayişnamə yazmağa başlayıb İranda.

  • Uşaq bağçası və kar və lallar məktəbi

İranın birinci Uşaqlar baxcası və birinci kar və lallar mədrəsəsidə Təbrizdə qurulub. Cabbar Bağçaban Təbrizdə bir uşaqlar baxcası "Bağçeye ətfal" adında qurdu.

  • Pul vahidi
  • Ticarət otağı

İranda birinci Ticarət otağı 1285 günəş ilində Təbrizdə qurulub. Tehranın ticarət otağı Təbrizin ticarət otağından sonra qurulub.

  • Bələdiyyə
  • Rabitə

İranın brinci telfon mərkəzi 1280 qəməri ilində Qasım xan Vali vasitəsilə Təbrizdə quruldu. Qasım xan Vali neçə il sonra Təbrizin birinci bələdiyyə başçılığına seçildi.[4]

  • Enerji

Qasım xan Vali 1281 qəməri ilində eliyə bildi ki İranın birinci elektrik fabrikinin imtiyazını ələ keçirtsin. O eliyə bildi ki Məcidiyyə xiyabanının qıraxların işiqlandırsın.

  • Şəhər içi avtobus kredit kartı

Təbriz birinci şəhərdir İranda ki orda avtobuslar kağız biletinin yerinə kredit kart işlədirlər.

 Turizm

Təbriz tarixi boyu dəfələrlə (858, 1041 və 1721-ci illərdə) zəlzələlərlə viran olub. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv edib. Bu zəlzələlərdən salamat çıxan ən önəmli abidələr Ərk qalasıGöy məsciddir. Təbrizdə səggizdən çox böyük muzey var:

Abidələr

Muzeylər

Otellər

Universitetlər

Kitabxanalar

 

 

Yaxın kəndlər

Məhəllələri

 

  Nəqliyyat

  • Beynəlxalq nəqliyyat

İndilikdə Təbriz Sento yolu, İran dəmir yolu və Təbrizin beynəlxalq aeroport (hava limanı) vasitəsile dünyanın ayrı ölkələrine bağlanib.

  • Şəhər içi

Təbrizin ümumi taksi və avtobus şəbəkəsi var. neçə xüsusi quruplarda vardılar ki taksi xidməti verirlərç

  • Metro şəbəkəsi(Şəhərə aid olan yeraltı qatar şəbəkəsi )

Bu saat Təbrizin təkmil olunmuş qatar şəbəkəsi yoxdur ancaq devlvt işlərinə davam edir.

  Məşhur şəxsiyyətləri

Siyasətçilər

Şair və yazıçılar

Digərləri

 

  Sənaye

  Ağır sənaye

Təbriz İranın ən mühüm sənaye şəhərlərindəndir. Bu şəhərin məhsullarından sement, maşın alətləri, nəqliyyat vasitələri, petrokimyasal və çoxlu ayrı məhsulları ad aparmaq olar. Böyük sənaye komplekslərinden neçəsin aşağıda görə bilərsiniz:

  • Böyük şokolad fabrikləri

Təbrizin yemek sənayeləri, özəllikle şokolad düzəltməkdə, tanınmış və məşhürdürlar. Bünün üçün şəhərə İranın şokolad şəhəridə deyərlər.Böyük şokolad fabriklərinin bəzilərini aşağıda görə bilərsiniz:

  Qardaşlaşmış şəhərlər